Joze Mourinyo PSJ-ni çalışdırmağa razıdır, amma…

İtaliyanın “Roma” komandasının baş məşqçisi Joze Mourinyo rəsmi təklif alacağı halda Fransa nəhəngi PSJ-nin sükanı arxasına keçə bilər.

Arena.az “L’Equipe” dərgisinə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis növbəti mövsümdən Paris komandasında işə başlamağa hazırdır. Amma klubdan konkret rəsmi təklif alması şərtilə.

60 yaşlı Joze Mourinyo 2021-ci ilin iyul ayından “Roma”nı çalışdırır. Ötən mövsümdə Joze “Roma”ya Avropa Konfrans Liqasını qazandırıb. Cari mövsümdə isə portuqaliyalı mütəxəssisi Avropa Liqasının finalında “Sevilya” ilə sınaq gözləyir. Mourinyonun İtaliya klubu ilə müqaviləsi 2024-cü ilin iyun ayına qədərdir.

PSJ-yə gəlincə, baş məşqçi vəzifəsini komandada ilk mövsümünü keçirən Kristof Qaltye icra edir. Onun rəhbərliyi altında parislilər Çempionlar Liqasının 1/8 finalında mübarizəni dayandırıblar.