“Roma”nın baş məşqçisi Joze Mourinyo paytaxt klubu ilə müqavilə müddətinin başa çatması ilə yayda “canavarlar”ın düşərgəsini tərk edəcək.
Arena.az bu barədə “Football Italia” dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, portuqal mütəxəssislə müqavilə yenidən müzakirə olunmayacaq. Həmçinin tərəflər arasında mövsümün sonuna qədər danışıqlar nəzərdə tutulmayıb.
Vurğulanır ki, Mourinyo komandasız qaldıqdan sonra Səudiyyə Ərəbistanının bir neçə klubu portuqal mütəxəssislə müqavilə bağlamağa cəhd edəcək. Mourinyonun özü bu yaxınlarda verdiyi müsahibəsində nə vaxtsa Səudiyyə Ərəbistanında çalışacağı haqda bildirmişdi. Portuqal mütəxəssis həmçinin hazırda “Roma” ilə müqaviləsinin olduğunu və müqavilə müddətinin sonuna qədər işinə köklənmək niyyətində olduğunu bildirmişdi.
Joze Mourinyo “Roma”nı 2021-ci ilin iyulundan çalışdırır. Bu müddətdə “Mour” paytaxt klubunu tarazlamağa macal tapıb və komandanı yenidən qurararaq, ardıcıl iki dəfə avrokubokların finalına çıxarıb. Mourinyonun rəhbərliyi altında “Roma” 2021/2022 mövsümündə Avropa Konfrans Liqasının ilk mövsümünün qalibi olub. 2022/2023 mövsümündə isə Mourinyonun yetirmələri Avropa Liqasının finalında “Sevilya”ya oyunsonrası penaltilərlə məğlub olublar (1:1, 1:4).
Joze Mourinyonun “Roma” ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.


