“Kəpəz” yeni transfer etdiyi Keverton Resende ilə vidalaşdı

“Kəpəz” bu yay heyətinə qatdığı braziliyalı dayaq yarımmüdafiəçisi Keverton Resende Markolino ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

23 yaşlı braziliyalı futbolçu ilə muqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. Klub braziliyalı yarımmüdafiəçiyə gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, “Kəpəz” Kevertonu bu ilin avqust ayında Braziliyanın “Hersilio Lus” komandasından azad agent kimi heyətinə cəlb etmişdi. Həmin vaxt tərəflər arasında 1+1 illik müqavilə imzalandığı diqqətə çatdırılmışdı. Braziliyalı futbolçu Gəncə klubunun heyətində cəmi 2 oyuna çıxıb və fərqlənə bilməyib.

Keverton Resende Markolino Braziliyanın “Audaks” klubunun yetirməsidir. “Ponte Preta”da da oynamış futbolçu “Hersilio Lus”a bu ilin yanvarında keçmişdi. O, sözügedən klubun heyətində 13 oyuna çıxıb, 1 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: