“Əl-İttihad”ın fransalı hücumçusu Kərim Benzema Fransanın daxili işlər naziri Jerald Darmaneni məhkəməyə verib.
Arena.az “RTL France” dərgisinə istinadən məlumat verir ki, bu barədə futbolçunun vəkili Hyuq Vijye bildirib.
Darmanen daha əvvəl Benzemanı terror təşkilatı ilə əlaqədə olmaqda ittiham etmişdi.
“Biz insanları ümumbəşəri qınaqlara bax, belə sürükləyirik. Bunun da onların ailələri üçün ciddi fəsadları meydana çıxır. Biz Fransada parçalanma yaradırıq, amma bu cür bəyanatları başa düşməyən çoxlu insanlarımız var.
Bəziləri Benzemanı qovmaq istəyir, bəziləri isə onun haqqında deyilənlərdən özlərini didərgin hiss edirlər. Bu, özünü siyasətçi adlandıran şəxsin görməli olduğu işin tam əksidir”, deyə Benzemanın maraqlanı müdafiə edən vəkili bildirib.
Xatırladaq ki, Fransaın daxili işlər naziri Jerald Darmanen Fələstin – İsrail münaqişəsinin kəskinləşməsi mənzərəsində Kərim Benzemanın ünvanına cəmiyyətdə futbolçu haqqında xoşagəlməz rəy yaradan fikirlər səsləndirmiş, fransalı futbolçunu radikal terror təşkilatları ilə əlaqədə suçlamışdı.
Benzema Səudiyyə Ərəbistanı çempionu “Əl-İttihad”a 2023-cü ilin iyununda “Real”dan azad agent qismində qoşulub. “Real”a qədər Benzema yalnız Lion “Olimpik”ində çıxış edib. O, “Əl-İttihad”la müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Benzemanın futbol uğurları və məşhurlaşması “Real”dakı çıxışı ilə bağlıdır. Kərim “kral klubu”nda 14 mövsüm keçirib. Benzema “qaymaqlılar”ın heyətində ümumilikdə 648 oyuna çıxıb, 354 qol vurub, 165 məhsuldar ötürmə verib.
Cari mövsümdə isə Kərim “Əl-İttihad”ın heyətində bütün yarışlarda 20 oyuna 12 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib.
Benzema 2007-ci ilin mart ayında debüt etdiyi Fransa yığmasının heyətində 97 oyuna çıxıb, 37 qol vurub, 20 məhsuldar ötürmə verib. Kərim Fransanın U-17 yığmasının heyətində Avropa çempionatının qalibi olub, həmçinin “xoruzlar”ın əsas yığması ilə UEFA Millətlər Liqasını (2021) qazanıb.
Müsəlman futbolçunun zəngin muzeyində 4 Fransa çempionluğu, 1 Fransa Kuboku, 2 Fransa Super Kuboku, 4 İspaniya çempionluğu, 3 İspaniya Kral Kuboku, 4 İspaniya Super Kuboku, 5 Çempionlar Liqası, 4 UEFA Super Kuboku, 5 FIFA Klub Dünya Kuboku, bir sözlə, bütün ali klub turnirlərinin qənimətləri var.


