Kafu: “Real” hamının qorxduğu bir komandadır”

Braziliya millisinin sabiq üzvü, “San Paulo”, “Roma” və “Milan”da çıxışları ilə məşhur Kafu İspaniya nəhəngi “Real” haqda söhbət açıb.

Arena.az “Marca” nəşrinə istinadən, Kafunun müvafiq qənaətini təqdim edir:

“Mənim, “Real” barəsində öncədən təşəkkül tapmış hər hansı yanlış rəyim yoxdur. Axı bu, “Real”dır. Hamının qorxduğu komanda, o komandakı ki, hər şeyi öz əlinə alır. Bəli, onlar Çempionlar Liqasından kənarlaşdırılıblar, amma buna görə rəqiblərin qorxusu puç olmayacaq. Bu, Madrid “Real”ıdır. Növbəti mövsümdə onlar tam güc-qüvvələri ilə oynayacaqlar, bu xüsusda heç bir şübhəniz olmasın”, deyə Kafu vurğulayıb.

Xatırladaq ki, “Real” Çempionlar Liqasının cari mövsümünün çərək finalında “Arsenal” tərəfindən ələnib (səfərdə 0:3; evdə 1:2).

Buna rəğmən, “qaymaqlılar” İspaniya Kral Kubokunun finalı çərçivəsində aprelin 26-da əzəli rəqibləri “Barsleona” ilə qarşılaşacaqlar.

İspaniya La Liqasında isə “Real” 32 oyundan 69 xalla 2-ci pillədən, 73 xala malik lider “Barselona”nı təqib edir.

Xəbəri sosial şəbəkələrdə paylaş: