Karlo Ançelotti “Everton”u məhkəməyə verdi

Real”ın baş məşqçisi Karlo Ançelotti İngiltərə Premyer Liqasının təmsilçisi “Everton”u məhhələməyə verib.

Arena.az bu barədə “The Guardian”a istinadən xəbər verir.

Mənbənin məlumatına görə, Ançelottinin “Everton”a qarşı iddiası ötən cümə günü London Ali Məhkəməsində qeydə alınıb. Şikayət “ümumi kommersiya tənzimləmələri” ilə bağlıdır.

İtalyan məşqçinin keçmiş klubu ilə bağlı məhkəməyə konkret hansı iddialar irəli sürdüyü barədə məlumat verilmir. Ançelottinin vəkilləri də “Everton”la bağlı vəziyyəti şərh etməyib, “The Guardian”ın suallarını cavablamayıblar.

Xatırladaq ki, Karlo Ançelotti “Everton”u iki çalışdırdıqdan sonra 2021-ci ildə komandadan ayrılıb. Ardınca təcrübəli mütəxəssis “Real”la 2024-cü ilə qədər müqavilə imzalayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: