“Real”ın baş məşqçisi Karlo Ançelotti komandasının artıq geridə qalmış mövsüm ərzində çatışmayan cəhətləri ilə bağlı sualı cavablandırıb.
Arena.az “Kral klubu”nun rəsmi saytına istinadən Ançelottinin fikirlərini diqqətinizə çatdırır:
“Bizim, liqada rəqabət qabiliyyətimiz yox idi. Ötən mövsümlə müqayisədə daha güclü heyətə malik idik, amma sabitliyiiz çatışmırdı. Bu, çox çətin mövsüm idi: Yanvarda İspaniya Super Kuboku, Klublararası Dünya Çempionatı, fevral ayında isə çempionluq uğrunda mübarizə. Bütün bunlar bizə liqada xallar bahasına başa gəldi. Mövsüm yaxşı keçdi və mən əminəm, gələn il daha yaxşı olacaq. İndi biz iyulun 10-da daha da köklənmiş, həvəsli və istəklə qayıdacağıq”.
Xatırladaq ki, mövsüm “Real” üçün bir qədər uğursuz nəticələnib. La Liqada çempionluğu “Barselona”ya uduzan madridlilər, İspaniya Super Kubokunda da kataloniyalılara məğlub olublar. Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda isə səfərdə “Mançester Siti”yə 0:4 hesabı ilə məğlub olaraq (ilk oyun – 1:1), mübarizəni dayandırıblar. “Real”ın təsəllisi isə İspaniya Kubokunda və Klublararası Dünya Çempionatında qazanılan qələbədir.