Kaysyu Sano cinsi təcavüzdə şübhəli bilinərək saxlanıldı

Yaponiya yığmasının və “Maynts”ın yarımmüdafiəçisi Kaysyu Sano cinsi təcavüzdə şübhəli bilinərək Tokio polisi tərəfindən saxlanılıb.

Arena.az bu barədə “Kyodo News” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, iyulun 14-də 30 yaşlı qadının, cinsi təcavüzə məruz qalması barədə polisə məlumat verməsindən sonra 23 yaşlı Kaysyu Sano və onun iki tanışı saxlanılıb.

Hər üç şəxs onlarla və rəfiqəsi ilə şam yeməyi yemiş şikayətçi qadın tərəfindən cinsi təcavüzdə təqsirləndirilib. Nahardan sonra daha rəfiqəsinin iştirakı olmadan qadın kişilərlə otelə gedib, sonra isə dərhal polisə müraciət edib. Futbolçu və dostları oteldən bir qədər aralıda saxlanılıblar.

“Maynts” klubu rəsmi açıqlama yayıb və qeyd edib ki, klub yeni transfer edilmiş futbolçusunun saxlanılması ilə bağlı xəbərdən təəccüblənib, amma klub məlumat çatışmazlığını əsas gətirərək bu məsələ ilə bağlı əlavə şərh verməkdən də çəkinib. Sanonun keçmiş klubu “Kasima Antlers” isə artıq “keçmiş oyunçusu ilə bağlı vəziyyətdən çox narahat olduqlarını” və “vəziyyəti yaxından izləyəcəklərini” bildirib.

Kaysyu Sano dayaq yarımmüdafiəçisidir. Yapon futbolçu futbola “Yonago Kita Hay Skul” klubunda qədəm qoyub. Karyerası ərzində yapon klubları “Matida Zelviya” və “Kasima Antlers”də çıxış etmiş Sano üçün “Maynts” ilk əcnəbi klubdur. “Maynts” yapon futbolçunu cari ilin iyulunda 2,50 milyon avro müqabilində “Kasima Antlers”dən tamhüquqlu transfer əsasında öz heyətinə qatıb. Sanonun alman klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Kaysyu Sano 2023-cü ilin noyabrında debüt etdiyi Yaponiya yığmasının heyətində məhsuldar fəaliyyətli ilə fərqlənmədiyi 4 oyun keçirib.

Kaysyu Sano böyük futbolda hələ heç bir qənimət qazanmayıb.
“Transfermarkt” internet-portalı 23 yaşlı dayaq yarımmüdafiəçisinin transfer dəyərini 1,5 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: