Keke Topp “Verder”də

Almaniyanın “Şalke” klubunun hücumçusu Keke Topp bundan sonra Bundesliqa təmsilçisi “Verder”in uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə elita klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bu transfer “Verder”ə 2 milyon avroya başa gəlib. Tərəflər arasındakı müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Keke Topp elə “Verder”in yetirməsidir. O, 2021-ci ildə sözügedən klubdan azad agent kimi ayrılaraq “Şalke” ilə müqavilə bağlamışdı. 20 yaşlı hücumçu 2-ci Bundesliqa təmsilçisinin əsas komandasında 27 oyuna çıxıb, 5 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

Topp Almaniyanın U-16, U-19 və U-20 yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

“Transfermarkt” internet-portalı 20 yaşlı hücumçunun transfer dəyərini 3 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: