Kenni Sayef “Neftçi”ni tərk etdi

ABŞ vətəndaşı olan İsrail əsilli futbolçu Kenni Sayef Azərbaycan Premyer Liqasında mübarizə aparan “Netçi”dən ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Sayef şəxsi məsələlərə görə “Neftçi” PFK-dakı karyerasını başa vurmalı olub. Göstərdiyi xidmətə görə ona təşəkkür edən paytaxt klubu ona gələcək karyerasında uğurlar arzulayıb.

Kenni Sayef 2022-ci ilin iyul ayından “Neftçi”də çıxış edirdi. ABŞ yığmasının üzvü Azərbaycan klubunun heyətində 59 oyuna çıxıb, 10 qol vurub, 13 məhsuldar ötürmə müəllifi olub.

Sayef daha öncə İsrailin “Bney Saxnin” (2010-2011), “Hapoel” (Hayfa) (2011-2012), “İroni Kryat Şmona” (2012-2013), “Hapoel” (Ramat Ha Şaron) (2013-2014), Belçikanın “Gent” (2014-2018), “Anderlext” (2018-2022), ABŞ-ın “Çinçinnati” (2019), Polşanın “Lexiya” (2020-2021) klublarında da çıxış edib. Futbolçunun “Neftçi”dən əvvəlki sonuncu iş yeri İsrailin “Aşdod” (2021-2022) komandası olmuşdu. İsrailin aşağı yaş qrupları üzrə yığma komandalarında da forma geyinmiş futbolçu bu ölkənin əsas millisində 2, ABŞ milli komandasında isə 4 oyun keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: