Kim Min Jae “Bayern”də tibbi baxışdadır

İtaliya çempionu “Napoli”nin cənubi koreyalı müdafiəçisi Kim Min Jae Almaniya nəhəngi “Bayern”ə keçməyə yaxındır.

Arena.az bu barədə alman jurnalist-insayder Florian Plettenberqə istinadən xəbər verir.

Mənbənin məlumatına görə, bu gün, iyulun 6-da 26 yaşlı futbolçu “Bayern”də tibbi müayinədən keçir. “Bayern” Kim Min Jaeni heyətinə qatmaq üçün “Napoli”yə 50 milyon avro ödəyəcək və müdafiəçi ilə 2028-ci ilə qədər müqavilə imzalayacaq. Koreyalı futbolçu “Bayern”də ilinə 12 milyon avro məvacib alacaq.

Kim 2022/2023 mövsümündə skudettonu qazanmış “Napoli”nin müdafiə xəttinin əsas fiquru olub. O, bu komandanın heyətində 45 oyuna çıxıb, 2 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı Kim Min Jaeni 60 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: