Fransız hakim Kleman Türpen sözün həqiqi mənasında UEFA Çempionlar Liqası komandalarının qorxulu röyasına çevrilib.
Arena.az bu barədə “Onze Mondial” dərgisinə istinadən məlumat verir.
Kleman Türpen Çempionlar Liqasının 1/16 finalında “Mançester Siti” və “Real” arasında keçirilmiş ilk oyunda (2:3) mötəbər yarış çərçivəsində penaltilərin təyin edilməsinin ümumi sayı üzrə rekord müəyyənləşdirib.
Türpen oyunun ikinci hissəsində “Real”ın qapısına penalti təyin edib. Bu, fransız hakimin Çempionlar Liqasında təyin etdiyi ümumilkdə 29-cu penalti olub. “Şəhərlilər”in norveçli qolçusu Erlinq Haland penaltini qola çevirməyi bacarıb.
Müqayisə üçün əlavə edək ki, əvvəlki rekord alman hakim Feliks Brixə məxsus idi. Brix Çempionlar Liqasında idarə etdiyi 69 oyunda 28 dəfə “nöqtəni” göstərib.


