Konfrans Liqasında 2-ci raundun ilk oyunlarına yekun vuruldu

Futbol üzrə Avropa Konfrans Liqasında 2026/2027-ci illər mövsümünün 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, əksər qarşılaşmalar məhz sonuncu oyun gününə təsadüf edib.

Bu turnirdəki Azərbaycan təmsilçilərindən “Zirə”nin potensial rəqibləri də bu gün növbəti matçlarına çıxıblar. “Zirə” 2-ci raundda Estoniya təmsilçisi “Payde”ni mübarizədən kənarlaşdırsa, növbəti mərhələdə “Santa Koloma” (Andorra) – “Rapid” (Avstriya) cütünün qalibi ilə üz-üzə gələcək. “Rapid” səfərdə baş tutmuş ilk oyundan inamlı qələbə ilə ayrılaraq böyük üstünlük əldə edib.

Qeyd edək ki, Avropa Konfrans Liqasında 2-ci raundun cavab görüşləri gələn həftə keçiriləcək.

Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunları

21 iyul

Göteborq (İsveç) – Levadiya (Estoniya) 1:2
Floriana (Malta) – Drita (Kosovo) 1:1
Bissen (Lüksemburq) – Dyor ETO (Macarıstan) 2:6

22 iyul

Neftçi (Azərbaycan) – Dinamo (Minsk, Belarus) 2:4
Bohemians (İrlandiya) – Balkani (Kosovo) 2:1
Başakşəhər (Türkiyə) – İnter Turku (Finlandiya) 1:1
Vardar (Şimali Makedoniya) – Riqa (Latviya) 2:3
Spartak (Trnava, Slovakiya) – ÇSKA 1948 (Bolqarıstan) 0:0
Jelezniçar (Serbiya) – Braqa (Portuqaliya) 0:1

23 iyul

Malişeva (Kosovo) – Hibernian (Şotlandiya) 2:0
Alaşkert (Ermənistan) – ÇFR (Rumıniya) 1:1
Liepaya (Latviya) – Austria (Avstriya) 0:2
Panevejis (Litva) – Tobol (Qazaxıstan) 1:1
Debretsen (Macarıstan) – Pünik (Ermənistan) 1:0
Dila (Gürcüstan) – Apollon (Kipr) 0:4
Flora (Estoniya) – TNS (Uels) 1:0
HJK (Finlandiya) – Kolreyn (Şimali İrlandiya) 5:0
Payde (Estoniya) – Zirə (Azərbaycan) 1:0
AEK (Larnaka, Kipr) – Beytar (İsrail) 0:1
Dunayska Streda (Slovakiya) – Veles (Bosniya və Herseqovina) 1:0
Rakuv (Polşa) – Valletta (Malta) 3:1
RFS (Latviya) – Vestri (İslandiya) 4:1
BATE (Belarus) – Syon (İsveçrə) 1:1
Dinamo (Tiflis, Gürcüstan) – Jalgiris (Litva) 1:1
Santa Koloma (Andorra) – Rapid (Avstriya) 1:3
QAİS (İsveç) – Nordsyelland (Danimarka) 1:0
Vitebsk (Belarus) – Sutyeska (Monteneqro) 3:0
Universitatya (Kluj, Rumıniya) – Brann (Norveç) 2:2
Zimbru (Moldova) – Noa (Ermənistan) 1:1
Vaduts (Lixtenşteyn) – Atletik Eskaldes (Andorra) 4:0
Styaua (Rumıniya) – Auda (Latviya) 2:3
Aluminiy (Sloveniya) – Dinamo Siti (Albaniya) 1:1
Paks (Macarıstan) – Panatinaikos (Yunanıstan) 1:2
Polesye (Ukrayna) – Kopenhagen (Danimarka) 3:3
Varajdin (Xorvatiya) – Yablonets (Çexiya) 3:2
Voyvodina (Serbiya) – Ayaks (Niderland) 1:4
Boraç (Bosniya və Herseqovina) – Petrokub (Moldova) 3:0
Hapoel (Təl-Əviv, İsrail) – Ludoqorets (Bolqarıstan) 2:0
LNZ (Ukrayna) – Gent (Belçika) 0:0
Luqano (İsveçrə) – Dukagini (Kosovo) 1:0
Jilina (Xorvatiya) – Katoviçe (Polşa) 2:1
Bravo (Sloveniya) – Şkendiya (Şimali Makedoniya) 2:1
Motervel (Şotlandiya) – HB (Farer adaları) 2:0
Runavik (Farer adaları) – Koper (Sloveniya) 0:2
Riyeka (Xorvatiya) – Derri Siti (İrlandiya) 1:0
Şelburn (İrlandiya) – Nomme Kalyu (Estoniya) 5:2
Partizan (Serbiya) – Strassen (Lüksemburq) 4:0
Styarnan (İslandiya) – İlves (Finlandiya) 1:0
Valyur (İslandiya) – Zrinski (Şimali Makedoniya) 1:0

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: