Bu gün keçirilmiş bir oyunla futbol üzrə Avropa Konfrans Liqasında 2026/2027-ci illər mövsümünün 3-cü təsnifat mərhələsinə start verilib.
Arena.az xəbər verir ki, raundun açılış oyunu Latviyada baş tutub.
Günün yeganə oyunu “Auda” ilə Tirana “Dinamo”su arasında keçirilib. Qarşılaşma Latviya təmsilçisinin çətin qələbəsi ilə yekunlaşıb.
Avropa Liqası ilə vidalaşmış “Qarabağ” da mübarizəni Konfrans Liqasında davam etdirir. Ağdam klubu burada Ukraynanın ən məşhur kollektivi olan Kiyev “Dinamo”su ilə qarşılaşacaq. İlk oyun avqustun 6-da səfərdə keçiriləcək.
Xatırladaq ki, 3-cü təsnifat mərhələsinin ilk oyunları cavab görüşləri gələn həftə keçiriləcək.
Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunları
4 avqust
Auda (Latviya) – Dinamo (Tirana, Albaniya) 1:0
5 avqust
21:00. Brann (Norveç) – Apollon (Kipr)
22:30. Panatinaikos (Yunanıstan) – ÇSKA 1948 (Bolqarıstan)
6 avqust
19:00. İnter Turku (Finlandiya) – Vaduts (Lixtenşteyn)
20:00. HJK (Finlandiya) – Motervell (Şotlandiya)
20:00. Yablonets (Çexiya) – RFS (Latviya)
20:00. Noa (Ermənistan) – Syon (İsveçrə)
20:00. Payde (Estoniya) – Rapid (Avstriya)
20:30. ÇFR (Rumıniya) – Tromse (Norveç)
21:00. Debretsen (Macarıstan) – Kopenhagen (Danimarka)
21:00. Dinamo (Kiyev, Ukrayna) – Qarabağ (Azərbaycan)
21:00. Göteborq (İsveç) – Gent (Belçika)
21:00. İnter Eskaldes (Andorra) – Flora (Estoniya)
21:00. Rakuv (Polşa) – Hammarbü (İsveç)
21:00. Riqa (Latviya) – Dyor (Macarıstan)
21:00. Şerif (Moldova) – Sent-Qallen (İsveçrə)
21:00. Jalgiris (Litva) – Hayduk (Xorvatiya)
21:30. Beytar (İsrail) – Austria (Avstriya)
22:00. Ayaks (Niderland) – Şelburn (İrlandiya)
22:00. Hapoel (Təl-Əviv, İsrail) – Katovitse (Polşa)
22:00. Tvente (Niderland) – Dunayska Streda (Slovakiya)
22:30. Borats (Bosniya və Herseqovina) – Vitebsk (Belarus)
22:30. Braqa (Portuqaliya) – Dinamo (Minsk, Belarus)
22:30. Luqano (İsveçrə) – Runavik (Farer adaları)
22:30. Valyur (İslandiya) – Nordsyelland (Danimarka)
22:45. Bohemians (İrlandiya) – Midtyulland (Danimarka)
22:45. Riyeka (Xorvatiya) – İlves (Finlandiya)
22:45. Hibernian (Şotlandiya) – Şkendiya (Şimali Makedoniya)
23:00. Partizan (Serbiya) – Tobol (Qazaxıstan)
23:00. Tre Fiori (San Marino) – Drita (Kosovo)


