Futbol üzrə Avropa Konfrans Liqasında 2026/2027-ci illər mövsümünün 3-cü təsnifat mərhələsində üz-üzə gələcək bütün cütlüklər bəlli olub.
Arena.az xəbər verir ki, bu, turnirin ötən gecə baş tutmuş 2-ci raundun cavab görüşlərindən sonra tam dəqiqləşib.
Avropa Liqasında mübarizəni dayandırmış “Qarabağ”ın da bu raunddakı rəqibi bəllidir. Ağdam klubu burada Ukraynanın ən məşhur kollektivi olan Kiyev “Dinamo”su ilə qarşılaşacaq. İlk oyun səfərdə, cavab görüşü Bakıda keçiriləcək.
Xatırladaq ki, Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları avqustun 6-da, cavab görüşləri isə bir həftə sonra keçiriləcək.
Avropa Konfrans Liqası
Çempionlar yolu
Tre Fiori (San Marino) – Drita (Kosovo)
Borats (Bosniya və Herseqovina) – Vitebsk (Belarus)
İnter Eskaldes (Andorra) – Flora (Estoniya)
Riqa (Latviya) – Dyor (Macarıstan)
Əsas yol
İnter Turku (Finlandiya) – Vaduts (Lixtenşteyn)
Jalgiris (Litva) – Hayduk (Xorvatiya)
Partizan (Serbiya) – Tobol (Qazaxıstan)
Panatinaikos (Yunanıstan) – ÇSKA 1948 (Bolqarıstan)
Ayaks (Niderland) – Şelburn (İrlandiya)
Auda (Latviya) – Dinamo Siti (Albaniya)
Noa (Ermənistan) – Syon (İsveçrə)
Braqa (Portuqaliya) – Dinamo (Minsk, Belarus)
Valyur (İslandiya) – Nordsyelland (Danimarka)
Şerif (Moldova) – Sent-Qallen (İsveçrə)
Hapoel (Təl-Əviv, İsrail) – Katovitse (Polşa)
Beytar (İsrail) – Austria (Avstriya)
ÇFR (Rumıniya) – Tromse (Norveç)
Dinamo (Kiyev, Ukrayna) – Qarabağ (Azərbaycan)
Brann (Norveç) – Apollon (Kipr)
Luqano (İsveçrə) – Runavik (Farer adaları)
Rakuv (Polşa) – Hammarbü (İsveç)
HJK (Finlandiya) – Motervell (Şotlandiya)
Hibernian (Şotlandiya) – Şkendiya (Şimali Makedoniya)
Göteborq (İsveç) – Gent (Belçika)
Payde (Estoniya) – Rapid (Avstriya)
Bohemians (İrlandiya) – Midtyulland (Danimarka)
Debretsen (Macarıstan) – Kopenhagen (Danimarka)
Yablonets (Çexiya) – RFS (Latviya)
Riyeka (Xorvatiya) – İlves (Finlandiya)
Tvente (Niderland) – Dunayska Streda (Slovakiya)


