Bu gün keçiriləcək final oyunu ilə futbol üzrə Avropa Konfrans Liqasında 2024/2025-ci illər mövsümünün qalibi müəyyənləşib.
Arena.az xəbər verir ki, həlledici görüşdə İspaniyanın “Betis” və İngiltərənin “Çelsi” komandaları qarşılaşıblar.
Polşanın Vrotslav şəhərindəki eyniadlı stadionda baş tutmuş görüşü Bosniya və Herseqovinadan olan referi İrfan Palto idarə edib.
Hər iki komanda finalda ilk dəfə iştirak edib. 2021/2022-ci illər mövsümündən etibarən təşkil olunan Konfrans Liqasında daha öncə üç komanda – “Roma” (İtaliya, 2021/2022), “Vest Hem” (İngiltərə, 2022/2023) və “Olimpiakos” (Yunanıstan, 2023/2024 ) qızıl medalları qazanmışdı.
Ən çox finala çıxan komanda isə İtaliya təmsilçisi “Fiorentina” olub. Florensiya klubu iki dəfə (2022/2023, 2023/2024) həlledici matçda oynamaq imkanı əldə etsə də, çempionluq sevinci yaşaya bilməyib.
Budəfəki finala “Betis” daha yaxşı başlayıb. İspaniya təmsilçisi elə ilk hissədə vurduğu erkən qolla hesabı açıb. “Çelsi” isə matçın sonlarında işə düşüb. Son yarım saatda ardıcıl 4 qol vuran “zadəganlar” möhtəşəm bir əzmkarlıq nümayiş etdirməklə Konfrans Liqasında bu mövsümün qalibi olublar.
Avropa Konfrans Liqası
Final
28 may
Betis (İspaniya) – Çelsi (İngiltərə) 1:4
Qollar: A.Ezzalzuli, 9 – E.Fernandes, 65. N.Cekson, 70. C.Sanço, 83. M.Kaysedo, 90+1.


