Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2024/2025-ci illər mövsümünün pley-off mərhələsinin ilk oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha 22 qarşılaşma baş tutub.
Konfrans Liqasındakı çıxışını davam etdirən, tarixi uğura imza ataraq ilk dəfə avrokubokların pley-offunda mübarizə aparan Azərbaycan təmsilçisi “Zirə” bu raundda Kipr “Omoniya”sı ilə üz-üzə gəlib. Rəşad Sadıqovun komandası ilk matçını bu gün səfərdə keçirib və 6 cavabsız qolla məğlub olub.
Bu turnirdə mübarizə aparan Türkiyə təmsilçiləri – “Başakşəhər”lə “Trabzonspor”da pley-offdakı ilk matçlarını səfərdə keçiriblər. Super Liqa klubları səfərdən qolsuz bərabərliklə dönüblər.
Avropa Konfrans Liqasında pley-off mərhələsinin cavab görüşləri avqustun 29-da keçiriləcək.
Avropa Konfrans Liqası
Pley-off mərhələsinin ilk oyunları
20 avqust
“Noah” (Ermənistan) – “Rujomberok” (Slovakiya) 3:0
21 avqust
“Vitoriya” (Portuqaliya) – “Zrinski” (Bosniya və Herseqovina) 3:0
22 avqust
“Legiya” (Polşa) – “Drita” (Kosovo) 2:0
“Mlada Boleslav” (Çexiya) – “Paks” (Macarıstan) 2:2
“Pünik” (Ermənistan) – “Çelye” (Sloveniya) 1:0
“Panevejis” (Litva) – TNS (Uels) 0:3
“Brann” (Norveç) – “Astana” (Qazaxıstan) 2:0
“Yurqorden” (İsveç) – “Maribor” (Sloveniya) 1:0
“Kopenhagen” (Danimarka) – “Kilmarnok” (Şotlandiya) 2:0
“Hakken” (İsveç) – “Haydenhaym” (Almaniya) 1:2
“Omoniya” (Kipr) – “Zirə” (Azərbaycan) 6:0
ÇFR (Rumıniya) – “Pafos” (Kipr) 1:0
“Fiorentina” (İtaliya) – “Puşkaş Akademiyası” (Macarıstan) 3:3
“Krivbass” (Ukrayna) – “Betis” (İspaniya) 0:2
“Riyeka” (Xorvatiya) – “Olimpiya” (Sloveniya) 1:1
“Vikinqur” (İslandiya) – “Santa Koloma” (Andorra) 5:0
“Partizan” (Serbiya) – “Gent” (Belçika) 0:1
“Visla” (Polşa) – “Serkl Brügge” (Belçika) 1:6
“Klaksvik” (Farer adaları) – HJK (Finlandiya) 2:2
“Sent Patriks Atletik” (İrlandiya) – “Başakşəhər” (Türkiyə) 0:0
“Çelsi” (İngiltərə) – “Servett” (İsveçrə) 2:0
“Lans” (Fransa) – “Panatinaikos” (Yunanıstan) 2:1
“Linkoln” (Cəbəllüttariq) – “Larne” (Şimali İrlandiya) 2:1
“Sankt Qallen” (İsveçrə) – “Trabzonspor” (Türkiyə) 0:0


