“Milan”ın baş məşqçisi Serjio Konseysao İtaliya Kubokunun yarımfinalının “İnter”lə evdə baş tutmuş ilk oyununu (1:1) şərh edib.
Arena.az “pianetamilan.it” dərgisinə istinadən, portuqal mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Biz yolun yarısındayıq, cavab oyununu gözləyirik və ardınca, mənim çox istədiyim finalda oynamaq üçün Romaya yollanırıq. Bu, gözlənildiyi kimi, gərgin oyun idi. Biz müdafiə mərhələsindəki işimizin öhdəsindən gəldik və öz məqamlarımızı yaratdıq. Düşünürəm ki, bu, ədalətli nəticədir. Mən oyunçularım tərəfindən işə yanaşma və münasibətdən razıyam”, deyə Konseysao vurğulayıb.
Komandalar cavab oyunu çərçivəsində aprelin 23-də qarşılaşacaqlar. “İnter” şərti ev sahibi qismində çıxış edəcək.


