Yunanıstan yığma komandasının və “Olimpiakos”un qapıçısı Konstantinos Tsolakis bundan sonra “Hall Siti”nin uğurları üçün çalışacaq.
Arena.az bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər.
23 yaşlı qolkiperlə 2031-ci ilin yayına qədər nəzərdə tutulmuş 5 illik müqavilə imzalanıb. “Hall Siti” bu keçid üçün 23,3 milyon avro ödənilib. Bunun klub tarixi üçün rekord olduğu bildirilir.
Karyerasına “Platanias”da başlamış Konstantinos Tsolakis 2018-ci ildə “Olimpiakos”a keçib. O, 2020-ci ilin martında “Olimpiakos”un əsas heyətində debüt edib. Qapıçı bu komandanın heyətində meydana çıxdığı 131 oyunun 64-də qapısını toxunulmaz saxlayıb. O, Pirey təmsilçisi ilə 4 dəfə Yunanıstan Super Liqasının çempionu olub, ölkə kubokunu, Super Kubokunu və 2023/2024-cü illər mövsümündə Avropa Konfrans Liqasını qazanıb.
Yunanıstanın müxtəlif yığmalarında oynamış Tsolakis 2024-cü ildə əsas millidə debüt edib. O, yığmanın heyətində 9 oyuna çıxıb, 10 qol buraxıb, 4 matçda qapısını toxunulmaz saxlayıb.


