Kostyuk: “Qarabağ”a daha çox qol vura bilərdik”

Kiyev “Dinamo”sunun baş məşqçisi İqor Kostyuk Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”a qarşı keçirdikləri ilk oyunu şərh edib.

Arena.az xəbər verir ki, Azərbaycan və Ukrayna komandaları arasındakı ilk oyun Polşada keçirilib.

“Dinamo” bu matçdan 1:0 hesablı qələbə ilə ayrılıb. İqor Kostyuk matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Xarakterin hesabına qalib gəldik. Meydanda bir komandamız var idi və bu, nəticə verdi. Valeri Lobanovski deyirdi ki, komanda iki ilə qurulur. İcarədən qayıdan çoxlu oyunçumuz var. Yeni tərəfdaşlıqlar, yeni oynamaq yolları axtarırıq. Necə oynamalı, kiminlə və hansı tərəfdaşlıqda oynamalı. Bu gün kiçik bir rotasiya oldu. Oyun planı işə yaradı. Əvəzetmələrlə oyunumuzu və keyfiyyətimizi artırdıq. Topu aldıqdan sonra yaxşı hücum etdik. Yaxşı mövqe dəyişirdik və daha çox qol vura bilərdik”.

Xatırladaq ki, bu komandalar arasındakı cavab görüşü bir həftədən sonra Bakıda keçiriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: