Kristian Nörqor “Arsenal”da!

Danimarka millisinin və “Brentford”un dayaq yarımmüdafiəçisi Kristian Nörqor London təmsilçisi “Arsenal”a keçib.

Arena.az xəbər verir ki, bu barədə “topçular”ın rəsmi saytı məlumat yayıb.

London klubu bu transfer üçün qarşı tərəfə 11,6 milyon avro ödəyib. 31 yaşlı yarımmüdafiəçi ilə uzunmüddətli müqavilə imzalansa da, detallar barədə məlumat verilməyib.

Nörqor “Brentford”a 2019-cu ildə İtaliyanın “Fiorentina” klubundan 3,5 milyon avro müqabilində keçmişdi. O, bu komandanın heyətində bütün turnirlər çərçivəsində 196 oyun keçirib, 13 qol vurub və 18 məhsuldar ötürmə edib.

Kristian Nörqor daha öncə “Bröndbü”, “Hamburq”, “Lünqbü”, “Fiorentina” kimi klubların da formasını geyinib.

Danimarkanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış 31 yaşlı futbolçu əsas millidə 35 oyun keçirib, 1 qol və 1 assist müəllifi olub.

“Transfermarkt” internet-portalı 31 yaşlı müdafiəçinin transfer dəyərini 11 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: