Kristian Nvaçukvu “Sabah”da!

İngiltərənin “Şeffild Yunayted” klubunun nigeriyalı cinah hücumçusu Kristian Nvaçukvu bundan sonra “Sabah”ın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə vurğulanır ki, nigeriyalı vinger bundan sonra “Sabah”ın formasını geyinəcək. 20 yaşlı futbolçu ilə müqavilənin müddəti 2029-cu ilin yayına kimi nəzərdə tutulub.

Kristian Nvaçukvu “Şeffild Yunayted”də 2025-ci ildə Bolqarıstanın “Botev” (Plovdiv) klubundan 1,2 milyon avro müqabilində keçmişdi. Amma o, bu komandada debüt şansı qazanmayıb. Ötən mövsümün ikinci yarısında isə gənc futbolçu Türkiyənin “Serikspor” komandasında icarədə olub, 11 oyunda 1 qol və 2 assist müəllifi olub.

“Sabah” bu yay Eyden Makkarti, Yunes Laşaab, Junior Almeyda, Ksander Severina və Amin Ramazanovu da heyətinə qatıb. Coy-Lens Mikels, Stas Pokatilov, Velko Simiç, Tellur Mütəllimov və Patrik Mbina ilə yeni müqavilə imzalanıb. Jesse Sekidika, Pavol Şafranko, Amin Seydiyev, Nicat Mehbalıyev, İqor Noqeyra, Andrey Santos və Seymur Məmmədov isə komandanı tərk ediblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: