Portuqaliya millisinin və “Əl-Nəsr”in hücumçusu Kristiano Ronaldo uzun müddətdir birlikdə olduğu Corcina Rodrigeslə ailə həyatı quracaq.
Arena.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Mənbənin məlumatına görə, 41 yaşlı futbolçunun toyu bu həftə, avqustun 7 və 8-də iki gün davam edəcək. Toy mərasiminin Ronaldo üçün doğma olan Madeyranın Funşal şəhərində keçirilməsi planlaşdırılır.
Rəsmi nikah mərasimi şəhərin yerli kafedral kilsəsində baş tutacaq. Daha sonra Ronaldo, Rodriges və qonaqlar Funşaldakı beşulduzlu “Savoy Palace” hotelində qapalı şənliyə qatılacaqlar.
Kristiano Ronaldo və Corcina Rodriges 2016-cı ildən münasibətdədirlər. Cütlüyün Alana Martina və Bella Esmeralda adlı iki ümumi qızı var. Ronaldo həmçinin surroqat analardan dünyaya gəlmiş Kristiano Junior, Eva və Mateo adlı üç uşağın atasıdır.




