Kristofer Mamengi “Şəfa”da!

Ötən mövsümü Kosovo klubu “Priştina”da keçirmiş niderlandlı müdafiəçi Kristofer Mamengi bundan sonra “Şəfa”nın uğurları üçün çalışacaq.

Arena.az bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, yeni mövsümdən Premyer Liqada mübarizə aparacaq “Şəfa” daha bir futbolçunu heyətinə qatıb. Niderlandlı müdafiəçi Kristofer Mamengi ilə 1+1 illik müqavilə imzalanıb.

25 yaşlı oyunçu ölkəsində “Utrext” və “Almere Siti”, Kosovoda isə “Priştina” klublarının formasını geyinib. O, eyni zamanda Niderlandın aşağı yaş qrupları üzrə milli komandalarında da çıxış edib.

“Şəfa” bu yay Rauf Hüseynli, Nicat Mehbalıyev, Arsen Ağcabəyov, Murad Musayev, Məmməd Hüseynov, Vlad Pop, Andrey Draqu, Dilan Mertens, Mussa Quel, Fərid Yusifli, Maudo Jarjue, Treyvon Fuller və Bafode Dansokonu da heyətinə qatmışdı. Tərlan Quliyev, Elnur Cəfərov, Ramin Nəsirli və Nahid Əliyevlə yeni müqavilə imzalanıb. Əli Həsənli, Zahid Mərdanov, Emin Zamanov, Hüseyn Mürsəlov, Aqil Nəsibov, Amir Ebrahimzade, Seymur Rəhimov, Elvin İsmayılov, İbrahim Əliyev, Novruz Məmmədov, Aqşin Paşayev, Ürfan İsmayılov, Rəvan Kazımov, Vüqar Həsənov və Ruslan Hacıyevlə yeni müqavilə imzalanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: