La Liqa: Ən bahalı 10 futbolçu açıqlandı

Nüfuzlu “Transfermarkt” internet-portalı İspaniya çempionatının (La Liqa) ən bahalı futbolçularından ibarət yenilənmiş siyahını təqdim edib.

Arena.az məlumat verir ki, ilk beşlikdə yalnız “Real”ın, ilk onluqda isə yalnız “Real” və “Barselona”nın futbolçuları yer alıblar ki, bu da təəccüblü deyil.

İspaniya La Liqasının ən bahalı futbolçusu isə “Real”ın ingilis mərkəz yarımmüdafiəçisi Cud Bellingemdir. “Transfermarkt” internet-portalı 20 yaşlı Bellingemin transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir və bu qiymət ingilis yarımmüddafiəçinin dünyanın ən bahalı üç oyunçusundan biri olması deməkdir.

Digər ikisi isə “Mançester Siti”nin norveçli mərkəz hücumçusu Erlinq Haland və PSJ-nin fransalı mərkəz hücumçusu Kilian Mbappedir.

İspaniya La Liqasının ən bahalı futbolçuları ilk onluğunu təqdim edirik:

  1. Cud Bellingem (“Real”, 180 milyon avro);
  2. Vinisius Junior (“Real”, 150 milyon avro);
  3. Federiko Valverde (“Real”, 100 milyon avro);
  4. Rodriqo Qoes (“Real”, 100 milyon avro);
  5. Eduardo Kamavinqa (“Real”, 90 milyon avro);
  6. Qavi (“Barselona”, 90 milyon avro);
  7. Pedri (“Barselona”, 90 milyon avro);
  8. Orelyen Tçuameni (“Real”, 90 milyon avro);
  9. Frenki de Yong (“Barselona”, 80 milyon avro);
  10. Ronald Arauxo (“Barselona”, 90 milyon avro).
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: