La Liqa: 2024/2025 mövsümü 1:1 hesablı heç-heçələrlə başladı

Bu gün keçirilən iki qarşılaşma ilə futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025 mövsümünə start verilib.

Arena.az xəbər verir ki, yeni mövsümün açılış matçı Bilbao şəhərində təşkil olunub.

Burada yerli “Atletik” “Xetafe” ilə üz-üzə gəlib. Bu oyunda komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Maraqlıdır ki, günün digər oyununda “Betis”lə “Jirona” da oxşar nəticəyə imza atıblar.

La Liqada yeni mövsümün ilk turuna avqustun 19-da yekun vurulacaq. Həmin günə kimi hər gün iki qarşılaşma baş tutacaq.

İspaniya, La Liqa
1-ci tur
15 avqust

Atletik – Xetafe 1:1
Qollar: Sanset, 27 – Uçe, 64.

Betis – Jirona 1:1
Qollar: Bartra, 6 – Misehoy, 72.

16 avqust

21:00. Selta – Alaves
23:30. Las Palmas – Sevilya

17 avqust

21:00. Osasuna – Leqanes
23:30. Valensiya – Barselona

18 avqust

21:00. Real Sosyedad – Rayo Valyekano
23:30. Malyorka – Real

19 avqust

21:00. Valyadolid – Espanyol
23:30. Vilyarreal – Atletiko

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: