La Liqa: 24-cü turun daha bir matçı qolsuz bitdi

Futbol üzrə İspaniya çempionatında (La Liqa) 24-cü tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Osasuna” və “Selta” komandaları üz-üzə gəliblər. “Ortabablar”ın duelində qapılara qol vurulmayıb. Nəticədə “Osasuna” 34 xalla 8-ci, “Selta” isə 28 xalla 12-ci pillədə qalıb.

Maraq üçün qeyd edək ki, bu, 24-cü turda qolsuz bitən dördüncü qarşılaşma olub. Daha öncə “Real Sosyedad” – “Kadis”, “Rayo Valyekano” – “Atletik” və “Betis” – “Real” matçları da qolsuz yekunlaşmışdı

La Liqada geridə qalan 24 turdan sonra 62 xala malik “Barselona” vahid liderdir. Madrid “Real”ı 53 xalla ikinci, paytaxtın digər təmsilçisi “Atletiko” isə 45 xalla üçüncü pillədə qərarlaşıb. “Real Sosyedad” 44, “Betis” 41, “Vilyarreal” 37, “Rayo Valyekano” da 35 xal toplaya bilib.

İspaniya La Liqası
24-cü tur
3 mart

Real Sosyedad – Kadis 0:0

4 mart

Xetafe – Jirona 3:2
Qol: E.Ünal, 2; 14-pen. Mayoral, 43 – Kastelyanos, 54. M.Qutyerres, 80.

Almeriya – Vilyarreal 0:2
Qol: C.Moreno, 76. Morales, 88.

Malyorka – Elçe 0:1
Qol: Boye, 88.

Atletiko – Sevilya 6:1
Qol: Depay, 23; 26. Qrizman, 53. Karrasko, 69. Marata, 76; 90+2 – En Nesiri, 39.

5 mart

Valyadolid – Espanyol 2:1
Qol: Sançes, 25. Aquado, 62 – Breytveyt, 87.

Barselona – Valensiya 1:0
Qol: Rafinya, 15.

Rayo Valyekano – Atletik 0:0

Betis – Real 0:0

6 mart

Osasuna – Selta 0:0

Xəbəri sosial şəbəkələrdə paylaş: