La Liqa: “Alaves” 3 xalı 3 qolla qazandı

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 14-cü turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında “Alaves” və “Qranada” komandaları üz-üzə gəliblər. Dörd qolun qeydə alındığı oyun meydan sahiblərinin inamlı qələbəsiylə yekunlaşıb.

14-cü turun qalan görüşləri qarşıdakı günlərə təsadüf edəcək.

İspaniya, La Liqa
14-cü tur
24 noyabr

Alaves – Qranada 3:1
Qollar: Torrent, 11-öz qapısına. Rebbax, 38. Omorodion, 55 – Uzuni, 86-pen.

25 noyabr

17:00. Rayo Valyekano – Barselona
19:15. Valensiya – Selta
21:30. Xetafe – Almeriya
00:00. Atletiko – Malyorka

26 noyabr

17:00. Vilyarreal – Osasuna
19:15. Real Sosyedad – Sevilya
21:30. Kadis – Real
00:00. Betis – Las Palmas

27 noyabr

00:00. Jirona – Atletik

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: