Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 21-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış matçında “Alaves” doğma meydanda “Kadis”lə münasibətlərinə aydınlıq gətirib. Meydan sahibləri bu görüşdə 3 xalı penaltidən vurduqları yeganə qolla təmin ediblər.
21-ci turun qalan qarşılaşmaları qarşıdakı günlərdə keçiriləcək.
İspaniya, La Liqa
21-ci tur
19 yanvar
Alaves – Kadis 1:0
Qol: Rioxa, 51-pen.
20 yanvar
17:00. Rayo Valyekano – Las Palmas
19:15. Vilyarreal – Malyorka
21:30. Valensiya – Atletik
00:00. Selta – Real Sosyedad
21 yanvar
17:00. Osasuna – Xetafe
19:15. Real – Almeriya
21:30. Betis – Barselona
00:00. Jirona – Sevilya
22 yanvar
00:00. Qranada – Atletiko


