La Liqa: “Alaves”dən “Almeriya”ya 3 cavabsız qol

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 22-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında “Almeriya” doğma meydanda “Alaves”lə qarşılaşıb. Qonaqlar bu oyunda darmadağına seviniblər.

22-ci turun qalan görüşləri qarşıdakı günlərdə baş tutacaq.

İspaniya, La Liqa
22-ci tur
26 yanvar

Almeriya – Alaves 0:3
Qollar: Omorodion, 10; 88. Rioxa, 52-pen.

27 yanvar

17:00. Real Sosyedad – Rayo Valyekano
19:15. Las Palmas – Real
21:30. Barselona – Vilyarreal
00:00. Malyorka – Betis

28 yanvar

17:00. Selta – Jirona
19:15. Kadis – Atletik
21:30. Sevilya – Osasuna
00:00. Atletiko – Valensiya

29 yanvar

00:00. Xetafe – Qranada

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: