Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün 19-cu turunun daha bir oyunu keçirilib.
Arena.az xəbər verir ki, günün yeganə oyunu Bilbao “Atletik”i ilə Madrid “Real”ı arasında baş tutub.
Bilbaoda keçirilən oyunda qapılara üç qol vurulub. Madrid təmsilçisi səfərdən məğlubiyyətlə qayıdıb.
Xatırladaq ki, daha öncə “Barselona” səfərdə “Malyorka”ya böyük hesabla qalib gəlməklə xalını 37-yə çatdırmışdı. 33 xalı olan və bir oyun az keçirmiş “Real” isə ikincidir.
19-cu turun qalan oyunları 2025-ci ilin yanvar ayında keçiriləcək.
İspaniya, La Liqa
19-cu tur
3 dekabr
Malyorka – Barselona 1:5
Qollar: Muriqi, 43 – F.Torres, 12. Rafinya, 56-pen; 74. De Yonq, 79. P.Viktor, 84.
4 dekabr
Atletik – Real 2:1
Qollar: Berencer, 53. Quruseta, 80 – Bellingem, 78.


