Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 13-cü turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış matçı “Atletik”lə “Selta” arasında keçirilib. Bilbaoda baş tutmuş qarşılaşma kifayət qədr məhsuldar və maraqlı alınıb. Yekunda meydan sahibləri çətin qələbəyə seviniblər.
13-cü turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək. “Malyorka” – “Kadis” matçı isə noyabrın 30-na təxirə salınıb.
İspaniya, La Liqa
13-cü tur
10 noyabr
Atletik – Selta 4:3
Qollar: Sanset, 37. Quruseta, 45+4; 52. Berencer, 90+7-pen – Aspas, 25. Bamba, 41. Larsen, 66.
11 noyabr
17:00. Rayo Valyekano – Jirona
19:15. Almeriya – Real Sosyedad
21:30. Qranada – Xetafe
21:30. Osasuna – Las Palmas
00:00. Real – Valensiya
12 noyabr
19:15. Barselona – Alaves
21:30. Sevilya – Betis
00:00. Atletik – Vilyarreal


