Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 21-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.
“Vilyarreal” – “Malyorka” matçında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
“Rayo Valyekano” doğma meydanda “Las Palmas”a 2 cavabsız qolla məğlub olub. “Valensiya” “Atletik”i evdə, “Real Sosyedad” isə “Selta”nı səfərdə tək qolla məğlub edib. Bununla da Bilbao “Atletik”inin 6 oyunluq qələbə seriyası qırılmış olub.
21-ci turun qalan qarşılaşmaları qarşıdakı günlərdə keçiriləcək.
İspaniya, La Liqa
21-ci tur
19 yanvar
Alaves – Kadis 1:0
Qol: Rioxa, 51-pen.
20 yanvar
Rayo Valyekano – Las Palmas 0:2
Qollar: Moleyro, 35. X.Munyos, 83.
Vilyarreal – Malyorka 1:1
Qollar: Sörlot, 45+1 – Lyabres, 90+1.
Valensiya – Atletik 1:0
Qol: Duro, 61.
Selta – Real Sosyedad 0:1
Qol: B.Mendes, 11.
21 yanvar
17:00. Osasuna – Xetafe
19:15. Real – Almeriya
21:30. Betis – Barselona
00:00. Jirona – Sevilya
22 yanvar
00:00. Qranada – Atletiko


