La Liqa: “Atletiko” 2024/25 mövsümünə xal itkisi ilə başladı

Futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün 1-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha dörd komanda yeni mövsümdə ilk matçına çıxıb.

Yenidən elitaya qayıtmış “Valyadolid” ilk oyununda “Espanyol”la qarşılaşıb və doğma meydanda tək qolla 3 xala sahib çıxıb.

Dörd qolun qeydə alındığı “Vilyarreal” – “Atletiko” matçında isə qalib müəyyənləşməyib. Bütün qollar ilk hissədə vurulub. Meydan sahibləri iki dəfə hesabda önə keçsələr də, Madrid təmsilçisi bunları cavablandırmağı bacarıb. Amma “Atletiko”nun bundan artığına gücü çatmayıb və yeni mövsümün ilk matçında xal itkisi ilə üzləşib.

İspaniya, La Liqa
1-ci tur
15 avqust

Atletik – Xetafe 1:1
Qollar: Sanset, 27 – Uçe, 64.

Betis – Jirona 1:1
Qollar: Bartra, 6 – Misehoy, 72.

16 avqust

Selta – Alaves 2:1
Qol: Svedberq, 66. Aspas, 84 – K.Qarsiya, 17.

Las Palmas – Sevilya 2:2
Qollar: Nyanzu, 42-öz qapısına. Ramires, 71 – A.Suares, 25-öz qapısına. Sançes, 61.

17 avqust

Osasuna – Leqanes 1:1
Qollar: Soriano, 79-öz qapısına – Krus, 22.

Valensiya – Barselona 1:2
Qollar: Duro, 44 – Levandovski, 45+5; 48-pen.

18 avqust

Real Sosyedad – Rayo Valyekano 1:2
Qollar: Subimendi, 90+8 – De Frutos, 67. Kamelyo, 84.

Malyorka – Real 1:1
Qollar: Muriqi, 53 – Rodriqo, 13.

19 avqust

Valyadolid – Espanyol 1:0
Qol: Moro, 23.

Vilyarreal – Atletiko 2:2
Qollar: Danjuma, 18. Koke, 37-öz qapısına – Lyorente, 20. Sörlot, 45+5.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: