Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 33-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.
Səfərdə “Las Palmas”la qarşılaşan “Jirona” turu inamlı qələbə ilə başa vurub. “Almeriya”nın qonağı olan “Xetafe” də inamlı qələbəyə sevinib.
“Alaves” evdə “Selta”nı, Madrid “Atletiko” isə “Atletik”i 3 qolla məğlub edib.
33-cü turun qalan görüşləri qarşıdakı günlərdə baş tutacaq.
İspaniya, La Liqa
33-cü tur
26 aprel
Real Sosyedad – Real 0:1
Qol: Arda Gülər, 29.
27 aprel
Las Palmas – Jirona 0:2
Qollar: D.Lopes, 26. Dovbik, 57-pen.
Almeriya – Xetafe 1:3
Qollar: Losano, 41 – Qrinvud, 27; 48. Mata, 61.
Alaves – Selta 3:0
Qollar: Simeone, 48. Quridi, 54. Benavides, 86.
Atletiko – Atletik 3:1
Qol: De Paul, 15. Korrea, 52. Simon, 80-öz qapısına – N.Uilyams, 45.
28 aprel
16:00. Kadis – Malyorka
18:15. Qranada – Osasuna
20:30. Vilyarreal – Rayo Valyekano
23:00. Betis – Sevilya
29 aprel
23:00. Barselona – Valensiya