La Liqa: “Atletiko” Jironada 90+4-cü dəqiqədə sevindi

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 25-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Jirona” doğma meydanda “Atletiko” ilə qarşılaşıb. Madrid təmsilçisi 90+4-cü dəqiqədə Alvaro Moratanın vurduğu yeganə qol sayəsində bu səfər matçından qələbə ilə ayrılıb.

Beləliklə, 25 turdan sonra İspaniya La Liqasında 65 xala malik “Barselona” vahid liderdir. 56 xalı olan Madrid “Real”ı ikinci, 48 xala malik “Atletiko” isə üçüncü pillədə qərarlaşıb. “Real Sosyedad” 45, “Betis” 42, “Vilyarreal” 38, “Rayo Valyekano” 35, “Osasuna” 34, Bilbao “Atletik”i 33, “Malyorka” isə 32 xal toplaya bilib.

İspaniya La Liqasında 26-cı turun oyunları 17-19 mart aralığında baş tutacaq.

İspaniya La Liqası
25-ci tur
10 mart

Kadis – Xetafe 2:2
Qol: Sobrino, 39. Alkaras, 82-pen – E.Ünal, 61-pen; 90+16.

11 mart

Real – Espanyol 3:1
Qol: Vinisius, 22. Militao, 39. Asensio, 90+3 – Xoselu, 8.

Elçe – Valyadolid 1:1
Qol: Morente, 90+6 – Larin, 4.

Selta – Rayo Valyekano 3:0
Qol: Aspas, 51; 85. Siss, 52-öz qapısına.

Valensiya – Osasuna 1:0
Qol: Kluyvert, 74.

12 mart

Malyorka – Real Sosyedad 1:1
Qol: Li Kanq, 50 – Fernandes, 3.

Sevilya – Almeriya 2:1
Qol: Okampos, 45+2. Lamela, 73 – Akieme, 2.

Vilyarreal – Betis 1:1
Qol: Pino, 55 – B.İqlesias, 38.

Atletik – Barselona 0:1
Qol: Rafinya, 45+1.

13 mart

Jirona – Atletiko 0:1
Qol: Alvaro Morata, 90+4.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: