Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 14-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə daha dörd qarşılaşma baş tutub.
“Valensiya” – “Selta” matçında qapılara qol vurulmayıb. Səfərdə “Rayo Valyekano” ilə qarşılaşan “Barselona” da xal itkisi ilə üzləşib.
Üç qolun qeydə alındığı “Xetafe” – “Almeriya” matçında meydan sahibləri qələbəyə seviniblər. Madrid “Atletiko”su da “Malyorka”nı xalsız yola salıb.
14-cü turun qalan görüşləri qarşıdakı günlərə təsadüf edəcək.
İspaniya, La Liqa
14-cü tur
24 noyabr
Alaves – Qranada 3:1
Qollar: Torrent, 11-öz qapısına. Rebbax, 38. Omorodion, 55 – Uzuni, 86-pen.
25 noyabr
Rayo Valyekano – Barselona 1:1
Qollar: U.Lopes, 39 – Leyeune, 82-öz qapısına.
Valensiya – Selta 0:0
Xetafe – Almeriya 2:1
Qollar: Qrinvud, 33. Mayoral, 45 – Ramazani, 7.
Atletiko – Malyorka 1:0
Qol: Qrizmann, 64.
26 noyabr
17:00. Vilyarreal – Osasuna
19:15. Real Sosyedad – Sevilya
21:30. Kadis – Real
00:00. Betis – Las Palmas
27 noyabr
00:00. Jirona – Atletik


