Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 24-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə də dörd qarşılaşma baş tutub.
Beş qolun qeydə alındığı “Xetafe” – “Selta” matçında meydan sahibləri qalib gəliblər. Üç qolluq “Malyorka” – “Rayo Valyekano” matçı da meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.
Madrd “Atletiko”su uğursuz mövsüm keçirən “Sevilya” ilə səfər oyunundan xalsız qayıdıb.
“Barselona” isə evdə “Qranada” ilə üz-üzə gəlib. Kataloniya təmsilçisi 6 qolluq bu qarşılaşmadan xal itkisi ilə ayrılıb.
24-cü tura sabah keçiriləcək “Almeriya” – “Atletik” matçı ilə yekun vurulacaq.
İspaniya, La Liqa
24-cü tur
9 fevral
Kadis – Betis 0:2
Qollar: Villian Xose, 6. Fornals, 46.
10 fevral
Alaves – Vilyarreal 1:1
Qollar: Omorodin, 25 – Kuenka, 42.
Real Sosyedad – Osasuna 0:1
Qol: Budimir, 49.
Real – Jirona 4:0
Qollar: Vinisius, 6. Bellingem, 35; 54. Rodriqo, 61.
Las Palmas – Valensiya 2:0
Qollar: A.Suares, 89. Kardona, 90+5.
11 fevral
Xetafe – Selta 3:2
Qollar: Mayoral, 41. Mata, 45+2; 89 – Larsen, 71. Alyende, 85.
Malyorka – Rayo Valyekano 2:1
Qollar: A.Sançes, 48. Muriqi, 90+1 – A.Qarsiya, 76.
Sevilya – Atletiko 1:0
Qol: İ.Romero, 15.
Barselona – Qranada 3:3
Qollar: Yamal, 14; 80. Levandovski, 63 – R.Sançes, 43. Pelyistri, 60. Mikel, 66.
12 fevral
00:00. Almeriya – Atletik