La Liqa: “Atletiko” uduzdu, “Jirona” qalib gəldi

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 28-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

Beş qolun qeydə alındığı “Qranada” – “Real Sosyedad” matçında qonaqlar qələbə qazanıblar.

“Valensiya” doğma meydanda “Xetafe”ni minimal hesabla üstələyib.

Səfərdə “Kadis”in qonağı olan “Atletiko” 2 cavabsız qolla məğlub olub. “Jirona” isə “Osasuna” ilə ev oyununda 2 cavabsız qola sevinib.

28-ci turun qalan görüşləri qarşıdakı günlərdə baş tutacaq.

İspaniya, La Liqa
28-ci tur
8 mart

Barselona – Malyorka 1:0
Qol: L.Yamal, 73.

9 mart

Valensiya – Xetafe 1:0
Qol: Duro, 40.

Kadis – Atletiko 2:0
Qollar: Xuanmi, 24; 64.

Qranada – Real Sosyedad 2:3
Qollar: Uzuni, 21-pen; 45+3 – Umar Sadiq, 33. Le Normand, 80. Andre Silva, 85.

Jirona – Osasuna 2:0
Qollar: Portu, 13. Savio, 87.

10 mart

17:00. Alaves – Rayo Valyekano
19:15. Las Palmas – Atletik
21:30. Real – Selta
00:00. Betis – Vilyarreal

11 mart

00:00. Almeriya – Sevilya

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: