La Liqa: “Atletiko” “Vilyarreal”a səfərdə qalib gəldi

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 30-cu turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Vilyarreal” doğma meydanda “Atletiko” ilə üz-üzə gəlib. Madrid təmsilçisi səfərdə çətin qələbəyə sevinib.

Beləliklə, La Liqanın geridə qalmış 30 turundan sonra 75 xala malik Madrid “Real”ı vahid liderdir. Son çempion “Barselona” 67 xalla 2-ci, “Jirona” 65 xalla 3-cü sırada qərarlaşıb. Madrid “Atletiko”su 58 xalla 4-cü, “Atletik” 56 xalla 5-ci, “Real Sosyedad” 49 xalla 6-cıdır. “Betis”in 42, “Valensiya”nın 41, “Osasuna”nın 39, “Vilyarreal” və “Xetafe”nin 38, “Las Palmas”ın 37, “Alaves”in 32, “Sevilya” və “Malyorka”nın 31, “Rayo Valyekano”nun 30, “Selta”nın 28, “Kadis”in 25, “Qranada”nın 14, sonuncu pillədə qərarlaşmış “Almeriya”nın isə 13 xalı var.

İspaniya, La Liqa
30-cu tur
29 mart

Kadis – Qranada 1:0
Qol: R.Navarro, 51.

30 mart

Xetafe – Sevilya 0:1
Qol: S.Ramos, 5.

Almeriya – Osasuna 0:3
Qollar: Arnais, 2. Budimir, 9. Munos, 61.

Valensiya – Malyorka 0:0

Barselona – Las Palmas 1:0
Qol: Rafinya, 59.

31 mart

Selta – Rayo Valyekano 0:0

Jirona – Betis 3:2
Qollar: Dovbik, 36-pen; 65. Stuani, 90+2 – V.Xose, 45+4; 76.

Alaves – Real Sosyedad 0:1
Qol: Paçeko, 59.

Real – Atletik 2:0
Qol: Rodriqo, 8; 73.

1 aprel

Vilyarreal – Atletiko 1:2
Qollar: Sörlot, 50 – Vitsel, 9. Niqes, 88.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: