La Liqa: “Barsa” xal itirdi, “Jirona” uduzdu, “Atletik” sevindi

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 27-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə daha dörd qarşılaşma baş tutub.

“Vilyarreal” doğma meydanda “Qranada”ya böyük hesabla qalib gəlib. Madrid “Atletiko”su “Betis”i məğlub yola salıb. Səfərdə “Malyorka” ilə qarşılaşan “Jirona” bu dəfə xalsız qalıb. “Atletik”in qonağı olan son çempion “Barselona” da turu xal itkisi ilə başa vurub. Bu oyunda qapılara qol vurulmayıb.

27-ci tura sabah keçiriləcək “Osasuna” – “Alaves” oyunu ilə yekun vurulacaq.

İspaniya, La Liqa
27-ci tur
1 mart

Selta – Almeriya 1:0
Qol: Minqesa, 73.

2 mart

Sevilya – Real Sosyedad 3:2
Qollar: En Nesiri, 11; 13. Ramos, 65 – A.Silva, 45-pen. B.Mendes, 90+2.

Rayo Valyekano – Kadis 1:1
Qollar: Lejen, 88 – X.Ernandes, 90+12.

Xetafe – Las Palmas 3:3
Qollar: Mata, 11. Qrinvud, 14. Maksimoviç, 45 – S.Ramires, 35. Kardona, 50. El Haddadi, 57.

Valensiya – Real 2:2
Qollar: Duro, 27. Yaremçuk, 30 – V.Junior, 45+5; 76.

3 mart

Vilyarreal – Qranada 5:1
Qollar: Sörlot, 7; 19; 66. Kapue, 32. Qedes, 47 – Korbeanu, 90+1.

Atletiko – Betis 2:1
Qollar: R.Silva, 8-öz qapısına. Morata, 44 – Karvalyo, 62.

Malyorka – Jirona 1:0
Qol: Kopete, 33.

Atletik – Barselona 0:0

4 mart

00:00. Osasuna – Alaves