Futbol üzrə İspaniya çempionatında (La Liqa) 1-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, bu gün daha üç qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Selta” – “Espanyol” matçında qalib müəyyənləşməyib. Səfərdə “Valyadolid”lə qarşılaşan “Vilyarreal” yeni məvsümə darmadağınla başlayıb.
“Barselona” isə ilk turda “Rayo Valyekano”ni sınağa çəkib. Kataloniya təmsilçisi azlıqda qaldığı bu oyundan qolsuz heç-heçə ilə ayrılıb.
İspaniya La Liqası
1-ci tur
13 avqust
Selta – Espanyol 2:2
Qol: Aspas, 45+2. Pasiensiya, 63 – Ekspozito, 72. Xoselu, 90+8-pen.
Valyadolid – Vilyarreal 0:3
Qol: Cekson, 49. Baena, 81; 90.
Barselona – Rayo Valyekano 0:0