La Liqa: “Barselona” 3-cü oyununda da qalib gəldi

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün 3-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.

“Malyorka” – “Sevilya” matçında qapılara qol vurulmayıb.

Səfərdə “Rayo Valyekano” ilə qarşılaşan “Barselona” isə əzmkar qələbəyə sevinib. İtkisiz irəliləyən Kataloniya təmsilçisi 9 xalla vahid liderdir.

Bu turun “Betis” – “Xetafe” matçı təxirə salınıb. Turun qalan qarşılaşmaları isə avqustun 28-də və 29-da keçiriləcək.

İspaniya, La Liqa
3-cü tur
26 avqust

Vilyarreal – Selta 4:3
Qollar: Kardona, 26. Barri, 60. Jaylson, 64-öz qapısına. Parexo, 90+10 – B.İqlesias, 12. Minqesa, 31. Starfelt, 80.

27 avqust

Malyorka – Sevilya 0:0

Rayo Valyekano – Barselona 1:2
Qollar: U.Lopes, 9 – Pedri, 60. Olmo, 82.

28 avqust

21:00. Atletik – Valensiya
21:00. Valyadolid – Leqanes
23:30. Atletiko – Espanyol
23:30. Real Sosyedad – Alaves

29 avqust

21:00. Jirona – Osasuna
23:30. Las Palmas – Real

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: