La Liqa: “Barselona” 5 qola üzüldü, “Real” səfərdə sevindi

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 22-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

“Real Sosyedad” – “Rayo Valyekano” matçında qapılara qol vurulmayıb. “Malyorka” doğma meydanda “Betis”ə tək qolla uduzub.

Səfərdə “Las Palmas”la qarşılaşan “Real” turu əzmkar qələbə ilə başa vurub.

Səkkiz qolun qeydə alındığı “Barselona” – “Vilyarreal” matçında isə qonaqlar qələbə qazanıblar. Kataloniya təmsilçisinin son dəqiqələrdə ardıcıl 3 qol buraxmaqla məğlub olması gözlənilməz qarşılanıb.

22-ci turun qalan görüşləri qarşıdakı günlərdə baş tutacaq.

İspaniya, La Liqa
22-ci tur
26 yanvar

Almeriya – Alaves 0:3
Qollar: Omorodion, 10; 88. Rioxa, 52-pen.

27 yanvar

Real Sosyedad – Rayo Valyekano 0:0

Las Palmas – Real 1:2
Qollar: X.Munyos, 53 – Vinisius, 65. Tçuameni, 84.

Barselona – Vilyarreal 3:5
Qollar: İ.Gündoğan, 60. Pedri, 68. Beyli, 71-öz qapısına – Moreno, 41. Akomaç, 54. Qedeş, 84. Sörlot, 90+9. Morales, 90+12.

Malyorka – Betis 0:1
Qol: Altimira, 45+1.

28 yanvar

17:00. Selta – Jirona
19:15. Kadis – Atletik
21:30. Sevilya – Osasuna
00:00. Atletiko – Valensiya

29 yanvar

00:00. Xetafe – Qranada

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: