Futbol üzrə İspaniya çempionatında (La Liqa) 25-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, üçüncü oyun günündə daha dörd qarşılaşma baş tutub.
“Vilyarreal” – “Betis” və “Malyorka” – “Real Sosyedad” matçlarında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Üç qolun qeydə alındığı “Sevilya” – “Almeriya” matçında meydan sahibləri qələbə qazanıblar. Səfərdə “Atletik”lə qarşılaşan lider “Barselona” isə bu dəfə də 3 xalı tək qolla qazanıb.
Tura sabah keçiriləcək “Jirona” – “Atletiko” matçı ilə yekun vurulacaq.
İspaniya La Liqası
25-ci tur
10 mart
Kadis – Xetafe 2:2
Qol: Sobrino, 39. Alkaras, 82-pen – E.Ünal, 61-pen; 90+16.
11 mart
Real – Espanyol 3:1
Qol: Vinisius, 22. Militao, 39. Asensio, 90+3 – Xoselu, 8.
Elçe – Valyadolid 1:1
Qol: Morente, 90+6 – Larin, 4.
Selta – Rayo Valyekano 3:0
Qol: Aspas, 51; 85. Siss, 52-öz qapısına.
Valensiya – Osasuna 1:0
Qol: Kluyvert, 74.
12 mart
Malyorka – Real Sosyedad 1:1
Qol: Li Kanq, 50 – Fernandes, 3.
Sevilya – Almeriya 2:1
Qol: Okampos, 45+2. Lamela, 73 – Akieme, 2.
Vilyarreal – Betis 1:1
Qol: Pino, 55 – B.İqlesias, 38.
Atletik – Barselona 0:1
Qol: Rafinya, 45+1.
13 mart
00:00. Jirona – Atletiko


