Futbol üzrə İspaniya çempionatında (La Liqa) 27-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha dörd qarşılaşma baş tutub.
“Atletik” – “Xetafe” matçında qapılara qol vurulmayıb. Üç qolun qeydə alındığı “Jirona” – “Espanyol” görüşündə meydan sahibləri qalib gəliblər. “Sevilya” isə səfərdə “Kadis” üzərində inamlı qələbəyə sevinib.
Lider “Barselona” da səfərdə “Elçe” ilə qarşılaşıb. Kataloniya təmsilçisi bu matçda darmadağınla qələbə qazanıb.
İspaniya La Liqası
27-ci tur
31 mart
Malyorka – Osasuna 0:0
1 aprel
Jirona – Espanyol 2:1
Qol: A.Martines, 53. Stuani, 88-pen – Breytueyt, 74.
Atletik – Xetafe 0:0
Kadis – Sevilya 0:2
Qol: Okampos, 51. En Nesiri, 74.
Elçe – Barselona 0:4
Qol: Levandovski, 20; 66. Fati, 56. F.Torres, 70
2 aprel
16:00. Selta – Almeriya
18:15. Real – Valyadolid
20:30. Vilyarreal – Real Sosyedad
23:00. Atletiko – Betis
3 aprel
23:00. Valensiya – Rayo Valyekano


