Futbol üzrə İspaniya çempionatında (La Liqa) 2022/2023 mövsümünün 31-ci turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha dörd qarşılaşma baş tutub.
Üç qolun qeydə alındığı “Xetafe” – “Almeriya” matçında qonaqlar qələbə qazanıblar. “Selta” isə “Elçe”ni məğlub yola salıb.
Madrid “Atletiko”su doğma meydanda “Malyorka” ilə qarşılaşıb. Paytaxt təmsilçisi bu oyunda inamlı qələbəyə sevinib.
Lider “Barselona” isə “Rayo Valyekano”nun qonağı olub. Üç qolluq qarşılaşma Kataloniya təmsilçisinin məğlubiyyəti ilə başa çatıb.
31-ci tura sabah keçiriləcək üç oyunla yekun vurulacaq.
İspaniya La Liqası
31-ci tur
25 aprel
Kadis – Osasuna 0:1
Qol: R.Qarsiya, 62.
Jirona – Real 4:2
Qol: Kastelyanos, 12; 24; 46; 62 – V.Junior, 34. Lukas, 85.
Betis – Real Sosyedad 0:0
26 aprel
Atletiko – Malyorka 3:1
Qol: De Paul, 45+2. Morata, 47. Karrasko, 77 – Nastasiç, 20.
Xetafe – Almeriya 1:2
Qol: Mayoral, 71 – L.Suares, 7; 58.
Selta – Elçe 1:0
Qol: Aydo, 90.
Rayo Valyekano – Barselona 2:1
Qol: A.Qarsiya, 19. F.Qarsiya, 53 – Levandovski, 83.
27 aprel
21:30. Valensiya – Valyadolid
21:30. Vilyarreal – Espanyol
00:00. Atletik – Sevilya


