La Liqa: “Barselona” və “Vilyarreal”dan çətin qələbə

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 18-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə də üç qarşılaşma baş tutub.

“Atletik” – “Las Palmas” matçında Bilbao təmsilçisi son dəqiqə qolu ilə çətin qələbəyə sevinib. Beş qolun qeydə alındığı “Barselona” – “Almeriya” və “Vilyarreal” – “Selta” matçlarında isə meydan sahibləri oxşar hesabla (3:2) qalib gəliblər.

18-ci turun qalan görüşləri sabah dekabrın 21-də keçiriləcək.

İspaniya, La Liqa
18-ci tur
19 dekabr

Rayo Valyekano – Valensiya 0:1
Qol: Kanos, 61.

Qranada – Sevilya 0:3
Qollar: Pedrosa, 23. Okampos, 32. S.Ramos, 49.

Atletiko – Xetafe 3:3
Qollar: Qrizman, 44; 69. Morata, 63 – Mayoral, 53; 90+3. O.Rodriqes, 86.

20 dekabr

Barselona – Almeriya 3:2
Qollar: Rafinya, 33. S.Roberto, 60; 83 – Leo Baptistao, 41. E.Qonsales, 71.

Atletik – Las Palmas 1:0
Qol: U.Qomes, 90+4.

Vilyarreal – Selta 3:2
Qollar: Pedrasa, 13. Mandi, 30. Parexo, 48-pen – Duvikas, 52. Larsen, 57.

21 dekabr

22:00. Betis – Jirona
22:00. Kadis – Real Sosyedad
00:30. Alaves – Real
00:30. Malyorka – Osasuna

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: