La Liqa: “Barselona”dan çətin, “Atletiko”dan asan qələbə

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 25-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

“Valensiya” – “Sevilya” matçında qapılara qol vurulmayıb.

“Osasuna” doğma meydanda “Kadis”ə 2 cavabsız qolla qalib gəlib.

Madrid “Atletiko”su “Las Palmas”la ev oyununda 3 xalı 5 cavabsız qolla qazanıb.

“Selta”nın qonağı olan son çempion “Barselona” isə turu çətin və əzmkar qələbə ilə başa vurub.

25-ci turun qalan görüşləri qarşıdakı günlərdə baş tutacaq.

İspaniya, La Liqa
25-ci tur
16 fevral

Vilyarreal – Xetafe 1:1
Qollar: Moreno, 56 – Maksimoviç, 24.

17 fevral

Atletiko – Las Palmas 5:0
Qollar: Lyorente, 15; 20. Korrea, 47; 62. Depay, 87.

Osasuna – Kadis 2:0
Qollar: Budimir, 63; 90+1.

Selta – Barselona 1:2
Qollar: Aspas, 47 – Levandovski, 45; 90+7-pen.

Valensiya – Sevilya 0:0

18 fevral

17:00. Rayo Valyekano – Real
19:15. Qranada – Almeriya
21:30. Malyorka – Real Sosyedad
00:00. Betis – Alaves

19 fevral

00:00. Atletik – Jirona

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: