La Liqa: “Barselona”ya “Las Palmas”la matçda 1 qol bəs etdi

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 30-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

“Valensiya” – “Malyorka” matçında qapılara qol vurulmayıb. “Xetafe” doğma meydanda “Sevilya”ya, “Almeriya” isə “Osasuna”ya məğlub olub.

Son çempion “Barselona” da evdə “Las Palmas”la qarşılaşıb. Kataloniya təmsilçisi bu görüşdə çətin qələbəyə sevinib.

30-cu turun qalan qarşılaşmaları qarşıdakı günlərə təsadüf edəcək.

İspaniya, La Liqa
30-cu tur
29 mart

Kadis – Qranada 1:0
Qol: R.Navarro, 51.

30 mart

Xetafe – Sevilya 0:1
Qol: S.Ramos, 5.

Almeriya – Osasuna 0:3
Qollar: Arnais, 2. Budimir, 9. Munos, 61.

Valensiya – Malyorka 0:0

Barselona – Las Palmas 1:0
Qol: Rafinya, 59.

31 mart

16:00. Selta – Rayo Valyekano
18:15. Jirona – Betis
20:30. Alaves – Real Sosyedad
23:00. Real – Atletik

1 aprel

23:00. Vilyarreal – Atletiko

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: